Ənam - 6:152
Yetkinlik çağına yetişincəyə qədər yetim malına yaxınlaşmayın. Ölçünü və çəkini doğru dürüst edin. Kimsəyə gücünün yetmədiyi şeyi yükləmərik. Danışdığınız zaman əqrəbanızın əleyhində olsa belə doğru olun. Allaha verdiyiniz sözü tutun. Bunlar, dərs alasınız deyə Onun sizə verdiyi öyüdlərdir.
Yetkinlik yaşına çatana qədər yetim malına yaxınlaşmayın:
İsra/17:34
Yetimlərin malına, yetkinlik çağına çatana qədər toxunmayın; faydaları üçün olarsa başqa. Və verdiyiniz sözləri yerinə yetirin. Çünki verdiyiniz sözdən sorğu-sual olunacaqsınız.
Nisa/4:6
Evlənmə yaşına yetişdiklərində yetimləri sınayın. Onlarda yetkinlik görərsəniz mallarını özlərinə verin. Onlar böyüyüəcək deyə israfçılıq və tələm-tələsiklə mallarını yeməyin. Zəngin, (malın qorunması üçün çəkdiyi zəhmətin haqqından) imtina etsin. Fəqir isə uyğun bir miqdarda xərcləsin. Mallarını onlara (yetimlərə) şahidlər hüzurunda geri verin. Haqq-hesab çəkməyə Allah yetər.