Ənam - 6:155
Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
Əlaqəli:
Ənam/6:106
Rəbbindən sənə nazil edilənə tabe ol! Ondan başqa tanrı yoxdur. Ortaq qoşanlardan da üz çevir.
Əraf/7:3
Rəbbinizdən sizə nazil ediləni izləyin. Ondan başqalarını dost seçərək izləməyin. Nə qədər də az öyüd alırsınız!
Əraf/7:157
Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.
Əhzab/33:2
Rəbbindən sənə nazil edilənə tabe ol! Allah etdiklərinizdən Xəbərdardır.
Zumər/39:55
O əzab gözləmədiyiniz anda sizi qəflətən yaxalamamışdan öncə, Rəbbiniz tərəfindən sizə endirilən ən gözələ tabe olun.
Zumər/39:56
(Ona görə) ki: "Allahın təliminə əhəmiyyət verməməyimdən ötrü vay halıma; doğrusu mən istehza edənlərdən idim," deməsin.
Zumər/39:57
Və ya, "Allah məni doğruya yönəltsəydi, həqiqətən müttəqilərdən biri olacaqdım," deməsin.
Zumər/39:58
Yaxud əzabı gördüyü an, "Kaş ki, əlavə ikinci şansım olsaydı, gözəl davrananlardan olsaydım," deməsin.
Zuxruf/43:43
Sənə vəhy edilənə sarıl; çünki sən doğru yoldasan.