Ənam - 6:157 Yaxud, "Bizə də Kitab nazil edilsəydi, onlardan daha (çox) doğru yolda olardıq," da deyə bilməzsiniz. Sizə Rəbbinizdən bir dəlil (bəyyinə), bir hidayət və bir rəhmət gəlmişdir. Allahın ayələrini yalanlayıb ondan üz çevirəndən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirmələrinə görə əzabın ən pisiylə cəzalandıracağıq.
Axirət əzabı dərəcə-dərəcədir:
Hicr/15:43 "Cəhənnəm hamısının görüşmə yeridir."
Hicr/15:44 "Onun yeddi qapısı vardır və hər bir qapı üçün onlardan müəyyən bir pay vardır."

Ali İmran/3:162 Allahın rizasına diqqət edən bir kimsə Allahın öfkəsinə uğrayıb Cəhənnəmə girən kimsə kimi ola bilərmi? O necə də pis bir yerdir!
Ali İmran/3:163 Onlar Allah qatında dərəcə dərəcədir. Allah etdiklərinizi görəndir.

Ğafir/40:45 Allah onu onların planladıqları pisliklərdən qorudu. Fironun tərəfdarlarını əzabın ən pisi bürüdü.
Ğafir/40:46 Onlara gündüz və axşam atəş verilər. Dünyanın son günündə isə, "Fironun tərəfdarlarını əzabın ən çətininə (şiddətlisinə) salın."

Nisa/4:145 İkiüzlülər (münafiqlər) Atəşin ən aşağı qatındadır; Onlara yardım edəcək kimsə tapa bilməzsən.