Ənam - 6:158
Özlərinə mələklərin gəlməsinimi, yoxsa Rəbbinin, yaxud Rəbbinin bəzi işarətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi işarətləri gəldiyi gün, daha öncə iman etməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə bir fayda verməz. De ki: "Gözləyin, biz də gözləməkdəyik."
Allah və mələklər gəldiyində hər şey bitərdi:
Bəqərə/2:210
Allahın və mələklərin yoğun buludlar arasından onlara gəlməsinimi gözləyirlər? O zaman hər şey bitərdi və hər şey Allaha döndərilərdi.
Fəcr/89:21
Doğrusu, yer toqquşub paralandığı zaman,
Fəcr/89:22
Rəbbin, sıralanmış mələklərlə birlikdə gəldiyi zaman,
Fəcr/89:23
(Ona görə) ki, cəhənnəm də o gün gətirilmişdir. Bax o gün insan anlayacaqdır. Artıq anlamanın ona nə faydası var ki!
Ənam/6:8
"Ona mələk endirilməli deyildimi?!"– deyirlər. Bir mələk endirsəydik, iş bitirilmiş olardı, onlara möhlət də verilməzdi.
Hicr/15:8
Biz mələkləri ancaq bəlli bir məqsəd üçün göndəririk. O zaman da kimsəyə möhlət verilməz.
Furqan/25:25
Göyün bulud kütlələri halında parçalanacağı və mələklərin cəm halda endirildiyi gün,
Furqan/25:26
Məhz o gün, hakimiyyət bütünlüklə və mütləq olaraq Rəhmanındır. İnkar edənlər üçün çətin bir gün olacaqdır.
Haqqə/69:16
Göy yarılmışdır, parçalanmışdır.
Haqqə/69:17
Mələklər hər yandadır. Rəbbinin hökmranlığı o gün səkkiz (aləm) üzərində hakim olacaqdır.