Ənam - 6:164
De ki: "Hər şeyin Rəbbi ikən, Allahdan başqa Rəbb axtarım?" Hər kəs öz etdiyindən fayda görər və kimsə kimsənin yükünü çəkməz. Axırda dönüşünüz Rəbbinizədir. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuda sizə xəbər verəcəkdir.
Allah hər şeyin Rəbbidir:
Kəhf/18:14
Qalxdıqlarında qəlblərini sağlamlaşdırmışdıq. "Rəbbimiz, göylərin və yerin Rəbbidir. Ondan başqa tanrı qəbul etməyəcəyik. Yoxsa, yanlış söz söyləmiş olarıq."
Saffat/37:5
Göylərin, yerin və aralarındakıların Rəbbi, məşriqlərin Rəbbidir.
Məryəm/19:65
Göylərin, yerin və bunların arasında olanların Rəbbidir! Ona qulluq et və Ona olan qulluğunda davamlı ol! Ona bənzər birini bilirsənmi?!
Şuəra/26:26
Dedi ki, "Sizin də, öncəki atalarınızın da Rəbbidir."
Duxan/44:8
Ondan başqa tanrı yoxdur. Dirildir, öldürür. Sizin də, öncəki atalarınızın da Rəbbidir.
Saffat/37:126
Allah sizin və keçmişdəki atalarınızın Rəbbidir.
Şuəra/26:28
Dedi ki, "Ağlınızı işlədirsinizsə, O, şərqin, qərbin və aralarındakıların da Rəbbidir!"
Fussilət/41:9
De ki, "Siz yeri iki gündə yaradanımı inkar edirsiniz və Ona ortaqlarmı qoşursunuz? O, aləmlərin Rəbbidir."