Ənam - 6:164 De ki: "Hər şeyin Rəbbi ikən, Allahdan başqa Rəbb axtarım?" Hər kəs öz etdiyindən fayda görər və kimsə kimsənin yükünü çəkməz. Axırda dönüşünüz Rəbbinizədir. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuda sizə xəbər verəcəkdir.
İnkar edənlər azdırdıqları şəxslərin günahlarının bir qismini yüklənirlər:
Nəhl/16:24 Onlara deyilmişdi: "Rəbbiniz nə nazil etmişdi?" Dedilər: "Əvvəlkilərin nağıllarımı."
Nəhl/16:25 Dirilmə günündə öz günahlarının hamısını, ayrıca azdırdıqları kimsələrin günah yüklərindən də bir payı yüklənərlər. Yükləri necə də pisdir.

Ənkəbut/29:11 Allah əlbəttə iman edənlərlə ikiüzlüləri aşkar edəcəkdir.
Ənkəbut/29:12 İnkar edənlər iman edənlərə: "Bizim yolumuza tabe olun; günahlarınızı biz yüklənərik," dedilər. Halbuki onların günahlarından heç bir şeyi yüklənəcək deyillər; yalançıdırlar.
Ənkəbut/29:13 Gerçəkdə, öz yüklərinə əlavə olaraq (məsuliyyətini daşıdıqları) başqa yükləri də yüklənəcəklər və uydurduqları şeylərdən dirilmə günü sorğu-sual olunacaqlar.