Ənam - 6:23 Onların tək müdafiəsi bu olacaq: "Rəbbimiz Allaha and olsun ki, biz ortaq qoşmadıq."
"Özlərini (doğru) bir şey üzərində sanırlar": Əlaqəli
Ənam/6:22 Hamısını topladığımız gün ortaq qoşanlara, "Haradadır iddia etdiyiniz ortaqlarınız?"
Ənam/6:23 Onların tək müdafiəsi bu olacaq: "Rəbbimiz Allaha and olsun ki, biz ortaq qoşmadıq."

Nəhl/16:28 Onlar ki, nəfslərinə zülm edərkən mələklər canlarını alır. Axırda təslim olub: "Biz hər hansısa bir pislik etmirdik!" deyərlər. Xeyr, Allah sizin etdiklərinizi yaxşı bilir.

Mucadilə/58:18 Gün gələcək, Allah hamısını dirildəcək və indi sizə and içdikləri kimi, Ona da and içəcəklər. Özlərinin (doğru) bir şey üzərində olduqlarını sanırlar! Doğrusu, onlar yalançılardır.

Əraf/7:28 Hər hansısa pis bir şeyi işlədikləri zaman, "Atalarımızı bu cür edərkən gördük; Allah da bizə elə əmr etdi," deyərlər. De ki: "Allah pis bir şeyi əmr etməz. Allah haqqında necə olur ki, bilmədiklərinizi söyləyirsiniz?"
Əraf/7:29 De ki: "Rəbbim ədaləti  əmr edər. Hər məsciddə (ibadət yerində) dini sadəcə Ona aid edərək Ona yalvarın. Sizi ilk yaratdığı kimi Ona dönəcəksiniz."
Əraf/7:30 Bir qrupu doğru yola yönəltdi, bir qrup da azğınlığa layiq görüldü. Onlar şeytanları Allahdan başqa dostlar qəbul etdilər. Amma özlərini doğru yolda sanırlar.