Ənam - 6:27 Atəşin başında saxlanıldıqları vaxt onların, "Kaş ki, geri döndərilsəydik və Rəbbimizin ayələrini (vəhy və möcüzələrini) inkar etməsəydik və iman edənlərdən olsaydıq," dediklərini bir görəsən!
Geri qaytarılırlarmı?
Muminun/23:99 Onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər, "Rəbbim, məni geri döndərin."
Muminun/23:100 "(Ona görə) ki, tərk etdiyim şeylərdə müttəqi işlər görüm." Xeyr! Bu onun söylədiyi boş bir sözdür. Dirilmə gününə qədər onların ardında bir əngəl (maneə) vardır.

Səcdə/32:29 De ki, "Zəfər günü, inkar edənlərə iman etmələri bir fayda verməyəcəkdir; onlara başqa bir şans da verilməyəcəkdir."
Səcdə/32:12 Günahkarları, Rəbləri hüzurunda başlarını önə əymiş vəziyyətdə ikən bir görsəydin: "Rəbbimiz, gördük və eşitdik. Bizi (geri) döndər ki, müttəqi davranaq. İndi biz qəti olaraq iman etdik."
Səcdə/32:13 İstəsəydik, hər kəsə hidayətini verərdik. Ancaq, cinlərin və insanların bir qismi ilə cəhənnəmi toplu şəkildə dolduracağıma dair sözüm gerçəkləşmişdir.