Ənam - 6:31 Zərərə uğrayanlar, Allah ilə qarşılaşmağı yalanlayanlardır. O an (dünyanın sonu) onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq, "Oradakı həyatımızı boşa sərf etdiyimizə görə vay halımıza," deyəcəklər. Yükləndikləri şey necə də pisdir!
O an / Saat / Dünyanın sonu və Dirilmə eyni vaxtdadır:
Rum/30:12 Saatın gerçəkləşdiyi gün günahkarlar şok olarlar.
Rum/30:13 Qoşduqları ortaqlarından da onlara şəfaət edən heç bir kimsə çıxmaz; ortaqlarını inkar edərlər.
Rum/30:14 Saatın gerçəkləşdiyi gün qruplara ayrılarlar.
Rum/30:55 Saat (dünyanın sonu) gerçəkləşdiyi zaman, günahkarlar, (dünyada) ancaq bir saat qaldıqlarına and içərlər. Onlar bax belə yanılırdılar.

Kəhf/18:99 O gün onları buraxarıq. Dalğalar halında bir-birlərinə girərlər. Boruya üfürülər; hamısını bir araya toplayarıq.