Ənam - 6:33 Söylədikləri şeylərin səni üzdüyünü bilirik. O zalımlar səni deyil, Allahın ayələrini rədd edir.
Peyğəmbərimizi kədərləndirəcək nələr deyildi?
Hud/11:12 "Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.

Zuxruf/43:31 "Bu Quran, bu iki şəhərdən məşhur və böyük bir adama nazil edilməli deyildimi?" dedilər.

Kəhf/18:6 Bu sözə iman etməzlərsə, onların ardından özünü məsuliyyətli tutaraq günahlandıracaqsan, üzüləcəksən (eləmi)?

Furqan/25:41 Səni hər gördüklərində sənə istehza edərlər: "Allahın elçi olaraq göndərdiyi şəxs budurmu?"

Hicr/15:6 Dedilər ki: "Ey özünə Zikr (mesaj) nazil edilən, sən bir dəlisən."

Ənbiya/21:36 Kafirlər (gerçəyi örtənlər) səni gördüklərində, "Tanrılarınızı dilinə dolayan budurmu?" deyə istehzalarına hədəf etməkdən başqa bir reaksiya göstərmirlər. Onlar Rəhmanın mesajını tamamilə inkar etməkdədirlər.
Ənbiya/21:3 Qəlbləri qorxusuzdur. Zalımlar gizlicə bir-birləriylə görüşdülər: "Bu adam sizin kimi bir insan deyilmi? Göz görə-görə sehrəmi qapılacaqsınız?"
Ənbiya/21:5 Hətta, "Boş xəyallardır", "Onu o uydurmuşdur" və "O bir şairdir, daha öncəki elçilər kimi o da bizə möcüzələr gətirsin," dedilər.

Şuəra/26:3 İman etmirlər deyə özünə zərər yetirə bilərsən (ehtiyatlı ol).

Hicr/15:94 Elə isə sənə əmr ediləni açıq şəkildə ortaya qoy və ortaq qoşanlardan da üz çevir.
Hicr/15:97 Söylədiklərindən ötrü qəlbinin daraldığını bilirik.