Ənam - 6:37 "Ona Rəbbindən bir ayə (möcüzə) enməli deyildimi?" deyirlər. De ki: "Allah istədiyi an bir ayə endirə bilir; fəqət çoxu bunu bilməz."
Allah istədiyi an bir ayə endirə bilər:
Şuəra/26:4 İstəsək onların üzərinə göydən bir möcüzə endirərik ki, ona boyun əyib qalarlar.

Yunus/10:99 Rəbbin istəsəydi, yer üzündəkilərin hamısı iman edərdi. Elə isə, sənmi insanları iman etmələri üçün məcbur edəcəksən?