Ənam - 6:38
Qanadlarıyla uçan quşlar daxil, Yer üzündəki bütün yaradılmışlar (məxluqat) sizin kimi bir cəmiyyətdir. Biz kitabda heç bir şeyi əskik buraxmadıq. Sonra onlar (bütün məxluqat) Rəblərinin hüzuruna toplanacaq.
"Biz kitabda heç bir şeyi əskik buraxmadıq": Əlaqəli
İsra/17:89
Biz bu Quranda hər cürə örnəyi verdik, halbuki insanların əksəriyyəti inkarda israr etməkdədir.
Maidə/5:101
Ey iman edənlər! Açıqlandığı vaxt xoşunuza gəlməyəcək şeylər haqqında suallar soruşmayın. Quranın işığında (sual) soruşarsanız sizə açıq-aydın olar. Allah xüsusilə onlardan söz etmədi. Allah Bağışlayandır, Həlimdir.
Ənam/6:38
Qanadlarıyla uçan quşlar daxil, Yer üzündəki bütün yaradılmışlar (məxluqat) sizin kimi bir cəmiyyətdir. Biz kitabda heç bir şeyi əskik buraxmadıq. Sonra onlar (bütün məxluqat) Rəblərinin hüzuruna toplanacaq.
Ənam/6:114
Allahdan başqa qanun qoyanmı axtarım? O ki sizə kitabı detallı olaraq nazil etmişdir. Özlərinə kitab verdiklərimiz onun Rəbbin tərəfindən nazil edildiyini bilirlər. O halda şübhəyə düşənlərdən olma.
Ənam/6:115
Rəbbinin kəlmələri doğruluq və ədalətlə tamamlanmışdır. Onun sözlərini dəyişdirə biləcək (bir kimsə) yoxdur. O, Eşidəndir, Biləndir.
Əraf/7:52
Bilgi ilə detallandırdığımız, iman edən bir camaat üçün yol göstərici və rəhmət olan bir kitabı onlara gətirdik.
Yunus/10:37
Bu Quran, Allahdan başqası tərəfindən hazırlanan bir kitab deyildir. Ancaq özündən öncəkiləri təsdiqləyən və kitabın (qanunların) detallı bir açıqlamasıdır. Bunda şübhəniz olmasın; aləmlərin Rəbbindəndir.
Hud/11:1
Əlif. Ləm. Ra. (Bu) elə bir kitabdır ki, Hikmət sahibi və hər şeydən Xəbərdar biri tərəfindən ayələri sağlamlaşdırılmış və sonra da açıqlanıb detallanmışdır.
Yusuf/12:111
Onların tarixində, şüur sahibləri üçün bir dərs vardır. Bu, uydurma bir hədis deyil; fəqət özündən öncəkilərin təsdiqləyicisi, hər şeyin detallı açıqlaması və iman edənlər üçün bir hidayət və Rəhmətdir.
Kəhf/18:54
Bu Quranda insanlar üçün hər cürə örnəyi verdik Biz. Fəqət insan mübahisəyə çox meyillidir.
Rum/30:58
Biz bu Quranda, insanlar üçün hər cür örnəyi verdik. Onlara bir möcüzə gətirsən, kafirlər, "Siz yanılanlarsınız," deyəcəklər.
Loğman/31:27
Yer üzündə olan bütün ağaclar qələm olsa, dənizlərə yeddi dəniz əlavə olunaraq istifadə edilsə, Allahın kəlmələri tükənməz. Allah Üstündür, Hikmət Sahibidir."
Zumər/39:27
Biz bu Quranda, insanlar üçün hər cür örnəyi verdik ki, öyüd alsınlar.