Ənam - 6:43 Heç olmazsa başlarına müsibətimiz gəldiyində yalvarsaydılar! Fəqət qəlbləri qatılaşdı və şeytan işlərini özlərinə süslü göstərdi.
Əvvəlki cəmiyyətlərin pis işlərini şeytan gözəl göstərdi: Nümunə
Ənkəbut/29:38 Eyni şəkildə, Ad və Səmudu da... Aqibətləri, sakin olduqları yerlərdən sizə bəllidir. Şeytan işlərini onlara süslü göstərərək onları yoldan azdırdı. Halbuki görüb anlayacaq qabiliyyətə sahib idilər.

Ğafir/40:36 Firon dedi ki, "Haman, mənim üçün bir qüllə tik ki, yollara yetişim."
Ğafir/40:37 "Göylərin yollarına... Beləcə Musanın tanrısına bir baxım. Onun bir yalançı olduğuna inanıram." Fironun pis rəftarı özünə belə süslənmişdi və beləcə yoldan çıxarıldı. Fironun planı əlbətdə boşa çıxacaqdı."

Muhəmməd/47:13 Səni qovub çıxardan ölkəndən daha güclü neçə-neçə ölkələr var idi ki, onları məhv etdik, onlara yardım edən olmadı.
Muhəmməd/47:14 Rəbbindən bir dəlil üzərində olan, işlədiyi pisliklər özünə gözəl görünən kimi ola bilərmi? Onlar arzularına uymaqdadırlar.

Ənam/6:42 Səndən öncəki cəmiyyətlərə də elçilər göndərdik. Yalvarsınlar deyə onları darlıq və sıxıntılarla sınadıq.
Ənam/6:43 Heç olmazsa başlarına müsibətimiz gəldiyində yalvarsaydılar! Fəqət qəlbləri qatılaşdı və şeytan işlərini özlərinə süslü göstərdi.

Nəml/27:23 "Onları idarə edən bir qadın gördüm. Ona hər şeydən verilmiş və böyük bir sarayı var."
Nəml/27:24 "Onu və xalqını Allahdan başqa günəşə səcdə edərkən gördüm. Şeytan onların işlərini özlərinə süsləmiş və onları yoldan çıxarmış və buna görə doğrunu görə bilmirlər."

Nəhl/16:63 Allaha and olsun ki, səndən öncəki cəmiyyətlərə də elçilər göndərdiyimizdə şeytan işlərini onlara gözəl göstərdi. Necə ki, onların vəlisi (yaxın yoldaşı) bu gün odur. Onlar ağrılı-acılı bir əzaba məhkum olmuşlardır.