Ənam - 6:48 Biz elçiləri, ancaq müjdələyicilər və xəbərdar edicilər kimi göndəririk. Kim iman edib özünü düzəldərsə, onlara bir qorxu yoxdur və onlar üzülməyəcəklər.
Allaha iman etmənin ən önəmli meyarı:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."