Ənam - 6:57 De: "Mən Rəbbimdən bir dəlilə əsaslanıram. Siz isə onu yalanladınız. Ona meydan oxuyaraq istədiyiniz şeyi gətirmək mənim əlimdə deyil. Hökm, ancaq və ancaq Allahındır. Gerçəyi bəyan edir. O, ən yaxşı ayırandır.
Quran doğru yola yönəldən açıq-aşkar dəlillər ehtiva edir:
Casiyə/45:20 Bunlar, insanlar üçün aydınladıcı dəlillərdir, qəti inanca sahib bir camaata bir rəhbər (yolgöstərən) və rəhmətdir.

Ənam/6:155 Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
Ənam/6:156 Artıq, "Bizdən öncəki iki qrupa kitab verildi; biz isə onların öyrəndiklərindən (oxuduqlarından) xəbərsiz idik," deyə bilməzsiniz.
Ənam/6:157 Yaxud, "Bizə də Kitab nazil edilsəydi, onlardan daha (çox) doğru yolda olardıq," da deyə bilməzsiniz. Sizə Rəbbinizdən bir dəlil (bəyyinə), bir hidayət və bir rəhmət gəlmişdir. Allahın ayələrini yalanlayıb ondan üz çevirəndən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirmələrinə görə əzabın ən pisiylə cəzalandıracağıq.

Fatir/35:40 De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.