Ənam - 6:57
De: "Mən Rəbbimdən bir dəlilə əsaslanıram. Siz isə onu yalanladınız. Ona meydan oxuyaraq istədiyiniz şeyi gətirmək mənim əlimdə deyil. Hökm, ancaq və ancaq Allahındır. Gerçəyi bəyan edir. O, ən yaxşı ayırandır.
Meydan oxuyaraq istədikləri şeyin (dünyanın sonunun) hökmü Allaha aiddir:
Əraf/7:187
Səndən o saatın (dünyanın sonunun) nə zaman gələcəyini soruşurlar. "Onun bilgisi Rəbbimin yanındadır," de. Onu vaxtı gəlincə Ondan başqası ortaya çıxarmaz. Göylərə və yerə ağır gələn o saat sizə qəflətən gələcəkdir. Sanki ondan xəbərdarsanmış kimi səndən soruşurlar. "Onun bilgisi Allahın yanındadır," de. Fəqət insanların çoxu bilməz.
Əhzab/33:63
İnsanlar səndən Saatı (dünyanın son saatını) soruşur. De ki, "Onun bilgisi Allahın qatındadır; Nə bilirsən, bəlkə də o Saat yaxındır."