Ənam - 6:6 Onlardan öncə neçə-neçə nəsilləri məhv etdiyimizi görmürlərmi? Sizi məskunlaşdırmadığımız bir şəkildə onları yer üzündə məskunlaşdırmışdıq. Onları nemətlərə boğmuş, ölkələrini də çaylarla əhatə etmişdik. Fəqət günahlarından ötrü onları məhv etdik və onlardan sonra başqa nəsillər yetişdirdik.
Öncəki cəmiyyətlərin Rəbbimiz tərəfindən məhv edilmələri:
Ənkəbut/29:40 Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.

Haqqə/69:6 Ad (xalqı) isə sərt və azğın bir qasırğa ilə məhv edildi.
Haqqə/69:7 Onu, yeddi gecə və səkkiz gün boyunca üzərlərinə bir bəla olaraq saldı. (O) xalqın, çürümüş xurma gövdələri kimi yerə yıxıldıqlarını görərsən.

Hud/11:66 Əmrimiz gəlincə, Salehi və onunla birlikdə iman edənləri Bizdən bir rəhmət ilə o günün rəzilliyindən qurtardıq. Rəbbin, şübhəsiz Güclü və Üstündür.
Hud/11:67 Zalımları qorxunc bir səs yaxaladı, yurdlarında çöküb qaldılar.
Hud/11:82 Əmrimiz gəlincə onun üstünü altına çevirdik, üzərlərinə qat-qat bərkimiş daş yağdırdıq.

Qasas/28:81 Onu evi ilə birlikdə yerin dibinə batırdıq. Allahdan başqa ona yardım edə biləcək bir dəstəsi yoxdu; qazananlardan olmadı.

Ənfal/8:54 Örnək olaraq, Fironun tərəfdarları və onlardan öncəkilər kimi. Rəblərinin ayələrini yalanladılar. Biz də günahlarına görə onları məhv etdik. Fironun tərəfdarlarını suda boğduq. Hamısı da zalım idilər.

Ali İmran/3:11 Fironun xalqı və ya onlardan öncəkilərin vəziyyəti kimi... Ayələrimizi (vəhy və möcüzələrimizi) yalan hesab etdilər və Allah da onları suç üstündə yaxaladı. Allahın cəzalandırması şiddətlidir.

Haqqə/69:10 Rəblərinin elçisinə üsyan etdilər. Bunun nəticəsi olaraq da, onları şiddəti getdikcə artan bir şəkildə yaxalamışdı.