Ənam - 6:61
O Öz qullarına tamamilə hakimdir və üzərinizə qoruyucu mələklər göndərir. Sizdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını (o an) vaxt itirmədən alarlar.
Üzərimizdəki görəvli qoruyucu mələklər nəyi qoruyurlar?
İnfitar/82:10
Halbuki üstünüzdə qoruyucular vardır.
İnfitar/82:11
Onlar şərəfli qeyd edənlərdir (yazanlardır).
İnfitar/82:12
Etdiklərinizi bilirlər.
Tariq/86:4
Hər kəsin üzərində mütləq bir qoruyucu vardır.
Ənam/6:61
O Öz qullarına tamamilə hakimdir və üzərinizə qoruyucu mələklər göndərir. Sizdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını (o an) vaxt itirmədən alarlar.