Ənam - 6:63 De ki: "Gizli və açıq olaraq: 'Bizi bundan qurtarsan şükür edənlərdən olacağıq' deyə Ona yalvardığınızda sizi qurunun və dənizin qaranlıqlarından kim qurtara bilər?"
Yerin (quraqlığın) və dənizin qaranlıqlarından necə qurtarar?
Ənam/6:97 Qurunun və dənizin qaranlıqlarında yollarınızı tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Bilən bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.

Nəhl/16:16 Və gözə dəyən işarətlər... Ulduzlarla da yol tapırlar.

Nəml/27:63 Qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən kimdir? Rəhmətindən öncə küləkləri müjdə olaraq göndərən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Allah ortaq qoşduqlarından çox ucadır.