Ənam - 6:65
De ki: "Üstünüzdən və ya ayaqlarınızın altından sizə bir əzab göndərməyə, yaxud sizləri məzhəblərə bölüb bir-birinizin pisliyini daddırmağa Onun gücü yetər." Gör ayələrimizi necə izah edirik ki, bəlkə anlasınlar.
"Üstünüzdən və ya ayaqlarınızın altından sizə bir əzab göndərməyə gücü yetər.": Məqsəd nədir?
Əhzab/33:9
Ey iman edənlər, sizə ordular hücum etdiyi zaman, üzərlərinə bir külək və görmədiyiniz orduları göndərən Allahın sizə etdiyi yaxşılığı xatırlayın. Allah etdiyiniz hər şeyi Görəndir.
Əhzab/33:10
Üstünüzdən və altınızdan sizə hücum etmişdilər. Gözlər dönmüşdü (hədəqəsindən çıxmışdı), ürəklər ağızlara gəlmişdi və siz Allah haqqında müxtəlif şübhələr edirdiniz.