Ənam - 6:70
Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.
İkiüzlülər dini necə məsxərə və əyləncəyə çevirdi?
Ənfal/8:31
Ayələrimizi dinlədikləri zaman, "Eşitdik, istəsək biz də bunun bir bənzərini gətirərik. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyildir," deyirdilər.
Yunus/10:15
Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."
İsra/17:45
Quran oxuduğun zaman, səninlə Axirətə iman etməyənlərin arasına görünməz bir əngəl yerləşdirərik.
İsra/17:46
Və onu anlamalarını əngəlləmək üçün qəlblərinə qabıqlar (örtüklər) və qulaqlarına da ağırlıq qoyarıq. Rəbbini yalnızca Quranda xatırladığın zaman nifrətlə geriyə dönərlər.
İsra/17:47
Səni dinlədikləri zaman necə eşitdiklərini və öz aralarında danışdıqları vaxt zalımların, "Siz sadəcə sehrlənmiş bir adamı izləyirsiniz," dediklərini yaxşı bilirik.
İsra/17:48
Diqqət et, səni necə də tərif edərək (tanıdaraq) azırlar və artıq bir daha yol tapa bilməzlər.
Həcc/22:72
Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, inkar edənlərin üzündə inkarçılığı oxuyarsan. Onlara ayələrimizi oxuyanların üzərinə az qala hücum edəcəklər. De ki, "Bundan daha pisini sizə bildirimmi? Atəş! Allah onu kafirlərə vəd etmişdir. Necə də pis bir aqibətdir!"
Nisa/4:46
Yəhudilərin bir qismi kəlmələrin mənasını dəyişdirir və "eşitdik ancaq qəbul etmirik", və ya "sözünüz kar qulağa girir" və ya dini məsxərəyə qoymaq üçün dillərini əyib-bükərək, "Raina (çobanımız ol)" deyərlər. Onlar, "Eşitdik və itaət etdik", "Dinləyirik" və "Bizə nəzər sal", desəydilər özləri üçün daha yaxşı və daha doğru olardı. Lakin Allah inkarlarına görə onları lənətləmişdir. Çoxları iman etməz.
Maidə/5:58
Namaza çağırdığınızda onu məsxərəyə qoyub əyləndilər. Düşünməyən bir camaatdır onlar.
Tovbə/9:64
İkiüzlülər, qəlblərindəkini onlara xəbər verəcək bir surənin nazil olmasından çəkinirlər. De ki: "İstehza edin görək, Allah qorxduğunuz şeyi aşkara çıxaracaqdır."
Tovbə/9:65
Onlardan soruşsan, "Biz sadəcə zarafatlaşıb, oynayırdıq," deyərlər. De ki: "Siz, Allah ilə, ayələriylə və elçisiylə istehzamı edirsiniz?!"
Tovbə/9:124
Hər nə zaman bir surə nazil olsa, "Bu, surə hansınızın imanını artırdı?" deyə soruşanlar var. Gerçəkdən iman edənlərin imanını artırmışdır və onlar (hər surənin nazil olmasıyla) sevinib bir-birlərini müjdələyərlər.
Saffat/37:12
Sən heyran olarkən, onlar istehza edirlər.
Saffat/37:13
Onlara xatırladıldığında öyüd almırlar.
Saffat/37:14
Bir dəlil gördüklərində onu məsxərəyə qoyurlar.
Saffat/37:15
Deyərlər: "Bu, açıq-aşkar bir sehrdən başqa bir şey deyildir."
Saffat/37:16
"Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"
Saffat/37:16
"Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"
Saffat/37:17
"Hətta bizdən öncəki atalarımız da eləmi?"
Saffat/37:35
Onlara "La ilahə illəllah" deyildiyində təkəbbür göstərirdilər.
Muhəmməd/47:16
Onlardan bəziləri var ki, səni dinləyərlər. Fəqət sənin yanından çıxınca, özlərinə bilgi verilmiş olanlardan, "Bu, az öncə nə söylədi?" deyə soruşarlar. Bax bunlar, Allahın qəlblərini damğaladığı kimsələrdir və onlar həvəslərinin ardına düşmüşlər.
Mucadilə/58:8
Gizli toplantılar qurmaqdan çəkindirildikləri halda, hələ də çəkindirildikləri işdə israr edənlər diqqətini çəkmədimi? Onlar günah işləmək, düşmənçilik etmək və elçiyə itaətsizlik etmək məqsədi ilə gizli hazırlıqlar görürlər. Sənin yanına gəldiklərində, Allahın səni salamlamadığı bir şəkildə salamlayırlar. Öz aralarında, "Söylədiklərimizdən ötrü Allah bizi cəzalandırmalı deyildimi?" deyərlər. Cəhənnəm onlara yetər. Orada yanarlar; nə pis bir məskəndir orası.
Ənam/6:70
Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.