Ənam - 6:71
De ki: "Allahdan başqa, bizə fayda və zərər verə bilməyənlərəmi yalvaraq? Allah bizi doğru yola yetişdirdikdən sonra dabanlarımız üzərində geriyəmi dönək? Şeytanların aldadıb yer üzündə çaşdırdığı və dostlarının, 'Gəl, bizimlə birlikdə doğru yola gəl' deyə çağırdıqları çaşqın bir kimsə kimi olaq?" De ki: "Gerçək yol göstərmə Allahın yol göstərməsidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edildi."
Doğru yol nə deməkdir?
Fussilət/41:30
"Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."
Məryəm/19:36
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:61
Mənə qulluq edin. Bu ən doğru yoldur.
Ali İmran/3:51
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."
Zuxruf/43:61
O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
Zuxruf/43:64
"Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."