Ənam - 6:71 De ki: "Allahdan başqa, bizə fayda və zərər verə bilməyənlərəmi yalvaraq? Allah bizi doğru yola yetişdirdikdən sonra dabanlarımız üzərində geriyəmi dönək? Şeytanların aldadıb yer üzündə çaşdırdığı və dostlarının, 'Gəl, bizimlə birlikdə doğru yola gəl' deyə çağırdıqları çaşqın bir kimsə kimi olaq?" De ki: "Gerçək yol göstərmə Allahın yol göstərməsidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edildi."
Aləmlərin Rəbbi (Rəbbil aləmin) nədir?
Şuəra/26:23 Firon, "Aləmlərin Rəbbi də nə deməkdir?" dedi.
Şuəra/26:24 (Musa) dedi ki, "Qəti bir inanca sahibsinizsə, O, göylərin, yerin və aralarındakıların Rəbbidir!"
Şuəra/26:25 (Firon) ətrafındakılara dönərək, "eşidirsinizmi?" dedi.
Şuəra/26:26 Dedi ki, "Sizin də, öncəki atalarınızın da Rəbbidir."
Şuəra/26:27 Dedi ki, "Sizə göndərilən elçi, şübhəsiz ki, bir dəlidir!"
Şuəra/26:28 Dedi ki, "Ağlınızı işlədirsinizsə, O, şərqin, qərbin və aralarındakıların da Rəbbidir!"