Ənam - 6:81 "Allahın, özləri haqqında sizə heç bir dəlil vermədiklərini, Ona ortaq qoşmaqdan qorxmadığınız halda mən necə ola bilər ki, sizin ortaq qoşduqlarınızdan qorxa bilərəm? Hansı tərəf təhlükəsizliyə daha çox layiqdir? Bir bilsəniz!"
Allah ortaq qoşaraq ölənləri nə üçün əfv etməz?
Nisa/4:48 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, çox böyük bir həqarət etmiş olar.
Nisa/4:116 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.