Ənam - 6:85
Zəkəriyya, Yəhya, İsa və İlyasa da... Hamısı da yaxşılardan idi.
İlyas:
Saffat/37:123
İlyas elçilərdən biri idi.
Saffat/37:124
Xalqına, "Müttəqi olmayacaqsınız?" dedi.
Saffat/37:125
Ən gözəl Yaradanı buraxıb Bə'lə (Bə'l adlı bütə) qulluq/xidmət edirsiniz?
Saffat/37:126
Allah sizin və keçmişdəki atalarınızın Rəbbidir.
Saffat/37:127
Onu yalanladılar; Onlar haqq-hesaba çəkiləcəklər.
Saffat/37:128
Özlərini sadəcə Allaha həsr edən qulları xaric.
Saffat/37:129
Sonrakılar üçün onun tarixini qoruduq.
Saffat/37:130
İlyasinə salam olsun.
Saffat/37:131
Yaxşı davrananları Biz belə mükafatlandırırıq.
Saffat/37:132
O Bizim iman edən qullarımızdandı.