Ənam - 6:89 Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.
"İnkar etməyən bir camaatı (onların) yerinə keçirərik": Əlaqəli
Muhəmməd/47:38 Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.

Tovbə/9:39 Hərəkətə keçməzsəniz sizi ağrılı-acılı bir əzabla cəzalandıraraq yerinizə başqa bir camaatı keçirər. Siz Ona əsla zərər verə bilməzsiniz. Allah hər şeyə Gücü Yetəndir.