Ənam - 6:89
Bax onlar, özlərinə kitab, hikmət və peyğəmbərlik verdiklərimizdir. Əgər bu xalq, bunları inkar edərsə, Biz onları inkar etməyən bir cəmiyyətlə yerlərini dəyişdirərik.
Məkkə camaatı Muhəmmədi (ə) və eləcə də Quranı necə inkar etdilər?
Bəqərə/2:91
Onlara, “Allahın nazil etdiyinə iman edin!”– deyildiyində, (onlar:) “Biz özümüzə nazil edilənə iman edirik”– deyərək ondan sonra gələni inkar edərlər. Halbuki bu, yanlarında olanı təsdiqləyən gerçəkdir. De: “İman etmişdinizsə, nə üçün daha öncə Allahın peyğəmbərlərini öldürürdünüz?”
İsra/17:90
Dedilər ki: "Yerdən bizə bir bulaq fışqırtmadıqca sənə iman etməyəcəyik."
İsra/17:93
"Ya da qızıldan bir evin olmalı və ya göyə yüksəlməlisən. Yüksəlsən belə oxuyacağımız bir kitabı üzərimizə endirmədikcə ona iman etməyəcəyik." De ki: "Rəbbim Ucadır. Mən elçi olan bir insandan başqa bir şeyəmmi ki?"
Hicr/15:6
Dedilər ki: "Ey özünə Zikr (mesaj) nazil edilən, sən bir dəlisən."
Furqan/25:41
Səni hər gördüklərində sənə istehza edərlər: "Allahın elçi olaraq göndərdiyi şəxs budurmu?"
Furqan/25:42
"Müqavimət göstərməsəydik, az qala bizi tanrılarımızdan azdırırıb ayıracaqdı." Əzabı gördüklərində kimin gerçəkdən azğın yolda olduğunu öyrənəcəklər.
Zuxruf/43:31
"Bu Quran, bu iki şəhərdən məşhur və böyük bir adama nazil edilməli deyildimi?" dedilər.
Səba/34:31
İnkar edənlər, "Biz nə bu Qurana, nə də ondan öncəkilərə iman etməyəcəyik," dedilər. Zalımları, Rəbləri hüzurunda məhkəmə sırasında bir-birləri ilə söz güləşdirərkən bir görsəydin! (Təhsil, araşdırma, iqtisadi, siyasi və s. yönlərdən) gücsüzləşdirilənlər, təkəbbür göstərmiş olanlara, "Siz olmasaydınız biz iman edən şəxslər olardıq," deyərlər.
Tur/52:30
Yoxsa, "O bir şairdir, onun ölməsini gözləyirik." deyirlər?
Tur/52:31
De ki, "Gözləyin; mən də sizinlə birlikdə gözləməkdəyəm."
Ənfal/8:31
Ayələrimizi dinlədikləri zaman, "Eşitdik, istəsək biz də bunun bir bənzərini gətirərik. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyildir," deyirdilər.
Nəhl/16:103
"Ona bir insan öyrədir!" şəklindəki sözlərini əlbəttə bilirik. Nəzərlərində tutduqları şəxsin dili başqadır, bu isə açıq-aşkar Ərəbcə bir dildir.
Ənbiya/21:5
Hətta, "Boş xəyallardır", "Onu o uydurmuşdur" və "O bir şairdir, daha öncəki elçilər kimi o da bizə möcüzələr gətirsin," dedilər.
Muminun/23:68
Onlar bu sözü incələmədilərmi (araşdırmadılarmı), yoxsa keçmiş atalarına gəlməyən bir şeymi onlara gəldi?
Muminun/23:69
Yoxsa, onlara göndərilən elçini tanımadıqları üçünmü onu inkar edirlər?
Muminun/23:70
Yoxsa, onun dəli olduğunamı qərar verdilər? Halbuki onlara gerçəyi gətirmişdi. Lakin onların çoxu gerçəyi xoşlamır.
Furqan/25:4
İnkar edənlər: "Bu, başqalarının yardımı ilə onun uydurduğu bir yalandan başqa bir şey deyildir," deyərək haqsız və əsassız bir tezis (iddia) ortaya qoydular.
Furqan/25:5
Dedilər, "Yazıb durduğu şey əvvəlkilərin nağıllarıdır; ona diktə edilməkdədir, səhər-axşam."
Duxan/44:13
Mesaja əhəmiyyət vermədilər. Halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi.
Duxan/44:14
Sonra ondan üz çevirdilər və "Təlim görmüş bir dəlidir!" dedilər.