Ənam - 6:90
Bunlar, Allahın doğru yola yetişdirdikləridir. Onların yoluna tabe ol. De ki: "Mən buna qarşılıq sizdən bir ücrət istəmirəm. Bu, sadəcə bütün insanlara bir mesajdır."
Allah doğru yola necə yönəldir?
Nəhl/16:120
İbrahim, Allaha boyun əyən, monoteist bir öncü idi. Heç bir vaxt ortaq qoşmadı.
Nəhl/16:121
Onun nemətlərinə şükür edən idi. Onu seçdi və onu doğru yola yönəltdi.
Muminun/23:73
Şübhə yoxdur ki, sən onları ən doğru yola çağırırsan.
Zumər/39:3
Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.
Nəhl/16:9
Yolları göstərmək Allaha aiddir; bəzisi əyridir. İstəsəydi hamınızı doğruya yönəldərdi.
Bəqərə/2:135
“Yəhudi və ya Xristian olun ki, doğru yolu tapa biləsiniz," - dedilər. De ki: "Xeyr, biz İbrahimin Təkallahlı dininə tabe olarıq. O, ortaq qoşanlardan olmadı."
Bəqərə/2:136
“Allaha, bizə nazil edilənə, İbrahim, İsmail, İshaq, Yəqub və nəvələrinə nazil edilənlərə, Musaya, İsaya verilənə, və bütün peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman etdik. Onların heç biri arasında fərq qoymarıq. Biz sadəcə Ona təslim olanlarıq,” - deyin.
Bəqərə/2:137
Sizin iman etdiyiniz kimi iman etsələr, doğru yolu tapmış olarlar. Üz döndərərlərsə, qarşı gəlmiş olarlar. Onlara qarşı Allah sənə yetər. O Eşidəndir, Biləndir.
Bəqərə/2:186
Qullarım Məni səndən soruşarlarsa, bilsinlər ki, Mən yaxınam. Məni çağırdığı vaxt çağıranın çağırışına qarşılıq verirəm. Doğru yolu tapa bilmələri üçün onlar da Mənə qarşılıq verməli və Mənə iman etməlidir.
Ali İmran/3:101
Allahın ayələri sizə oxunduğu və Onun elçisi aranızda olduğu halda, necə olur ki, inkar edirsiniz? Kim Allaha sarılarsa, ən doğru yola yönəldilmişdir.
Ənam/6:71
De ki: "Allahdan başqa, bizə fayda və zərər verə bilməyənlərəmi yalvaraq? Allah bizi doğru yola yetişdirdikdən sonra dabanlarımız üzərində geriyəmi dönək? Şeytanların aldadıb yer üzündə çaşdırdığı və dostlarının, 'Gəl, bizimlə birlikdə doğru yola gəl' deyə çağırdıqları çaşqın bir kimsə kimi olaq?" De ki: "Gerçək yol göstərmə Allahın yol göstərməsidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edildi."
Ənam/6:125
Allah kimi doğru yola yetişdirmək istəyərsə, onun könlünü İslama (Tanrıya təslim olmağa) açar, kimi də azdırmaq istəyərsə köksünü, göyə yüksəlirmiş kimi dar və sıxıntılı edər. Allah iman etməyənləri bax bu cür pis vəziyyətə salar.
Tovbə/9:18
Allahın məscidlərini, ancaq Allaha və Axirət gününə iman edənlər, namazı qoruyanlar, zəkatı verənlər və Allahdan başqasından qorxmayanlar tez-tez ziyarət edərlər. Onlar, doğru yolu tapanlardandır.
Nəhl/16:104
Allahın ayələrinə iman etməyənləri Allah doğru yola yönəltməz; onlar üçün ağrılı-acılı bir əzab vardır.