Ənam - 6:97
Qurunun və dənizin qaranlıqlarında yollarınızı tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Bilən bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.
Allah ulduzlarla yol göstərir?
Nəhl/16:15
Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi, yolu tapa bilməniz üçün də çaylar və yollar,
Nəhl/16:16
Və gözə dəyən işarətlər... Ulduzlarla da yol tapırlar.
Ənbiya/21:31
Onları yırğalamasın deyə yer üzündə dağları yerləşdirdik. Yolu tapa bilmələri üçün onda geniş keçidlər açdıq.
Ənam/6:97
Qurunun və dənizin qaranlıqlarında yollarınızı tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Bilən bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.
Ənam/6:63
De ki: "Gizli və açıq olaraq: 'Bizi bundan qurtarsan şükür edənlərdən olacağıq' deyə Ona yalvardığınızda sizi qurunun və dənizin qaranlıqlarından kim qurtara bilər?"