Ənam - 6:97 Qurunun və dənizin qaranlıqlarında yollarınızı tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Bilən bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.
Dənizin qaranlıqlarının təfərrüatı:
Nur/24:40 Yaxud, yoğun bir sislə (dumanla) birlikdə dalğa üstünə dalğanın örtdüyü əngin bir dənizin ortasındakı qaranlıqlara bənzəyir. Üst-üstə yığılmış qaranlıqlar... İnsan əlini uzatdığı zaman az qala onu belə görə bilməz. Allahın nurdan məhrum etdiyi kimsənin heç bir nuru ola bilməz.