Ənam - 6:99 Göydən su endirən Odur. Onunla hər çeşid bitkini yetişdirdik. O bitkidən yetişdirdiyimiz yaşıl maddə ilə də  saysız dənələr çıxardıq. Tumurcuğundan salxımlar sallanan xurma ağacları, üzüm bağları, zeytun və nar kimi bir-birinə bənzəyən və bənzəməyən məhsullar çıxardıq. Hər birinin meyvə vermə zamanında meyvəsinə və yetişməsinə baxın. İman edən bir camaat üçün bunda dəlillər və ibrətlər vardır.
Göydən necə bir su endirdi?
Nəhl/16:10 O ki, göydən bir su endirdi, ondan içərsiniz və yenə faydalandığınız ağacları onunla sulayarsınız.

Mursəlat/77:27 Üzərinə yüksək dağlar yerləşdirib sizə dadlı su içirtmədikmi?

Furqan/25:48 Və O, rəhmətindən öncə müjdələyici olaraq küləkləri göndərəndir. Və Biz göydən tərtəmiz bir su endirərik.

Rad/13:4 Yer üzündə, bir-birinə qonşu torpaq hissələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurmalıqlar vardır. Bunların hamısı eyni su ilə sulanmalarına rəğmən ləzzət baxımından bir-birindən fərqli etmişik. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.

Muminun/23:18 Göydən müəyyən bir ölçüdə su endirdik və onu torpaqda (yığıb) saxladıq. Şübhəsiz onu ortadan qaldırmağa da (yox etməyə də) gücümüz yetər.

Zuxruf/43:11 O ki, göydən bir ölçüyə görə su endirdi, onunla ölü bir ölkəni diriltdik. Bax, siz belə çıxarılacaqsınız.

Qaf/50:9 Və göydən bərəkətli bir su endirərək, onunla bağçalar və biçiləcək dənələri (dənli bitkiləri) bitirdik.

Vaqiə/56:69 Onu buludlardan siz endirirsiniz, yoxsa Biz?
Vaqiə/56:70 İstəsəydik, onu duzlu edərdik. Şükür etmirsiniz?