Məaric - 70:11
Bir-birlərinə göstərilərlər. Günahkar, o günün əzabından qurtulmaq üçün fidyə vermək istəyər: Oğullarını,
O gün (dünyada) gündüzün bir saatını qalmışlar kimi, bir-birlərini tanıyarlar:
Yunus/10:45
Onları topladığımız gün, sanki gündüzdən bir saat qədər (dünyada) qalmışlar kimi bir-birlərini tanıyarlar. Allah ilə qarşılaşmanı yalanlayanlar ziyana uğrayanlardır. Doğrunu da tapa bilməyənlərdir.
Muminun/23:112
Dedi ki, "Yer üzündə neçə il qaldınız?"
Muminun/23:114
Dedi ki, "Siz gerçəkdən çox qısa bir müddət qaldınız, kaş ki, bilsəydiniz."
Rum/30:55
Saat (dünyanın sonu) gerçəkləşdiyi zaman, günahkarlar, (dünyada) ancaq bir saat qaldıqlarına and içərlər. Onlar bax belə yanılırdılar.
Saffat/37:50
Bir-birilərinə (tərəf) dönüb soruşarlar.
Saffat/37:51
Aralarından biri deyər ki, "Mənim bir yoldaşım var idi."
Saffat/37:55
Baxdığında, onu cəhənnəmin ortasında görər.
Əhqaf/46:35
Qərarlı və əzmkar elçilər necə səbr etdisə, sən də səbr et və onlar üçün tələsmə. Onlar, özlərinə söz veriləni gördüklərində, (sanki dünyada) gündüzün bir saatı qədər qalmışdırlar. Bu bir bildirişdir: Yoldan çıxmış topluluqlardan başqasımı məhv edilir?
Məaric/70:10
Dost dostun halını soruşmaz.
Məaric/70:11
Bir-birlərinə göstərilərlər. Günahkar, o günün əzabından qurtulmaq üçün fidyə vermək istəyər: Oğullarını,
Naziat/79:46
Onu gördükləri gün, sankı (dünyada) bir axşam və ya quşluq vaxtı qədər qalmışdırlar.
Ta ha/20:102
Boruya üfürüləcəyi gün, günahkarları o gün göyərmiş (kədərdən üzlərinin bozarmış) olaraq toplayarıq.
Ta ha/20:103
Aralarında gizli-gizli danışırlar, "Siz (dünyada) sadəcə on qaldınız."
Ta ha/20:104
Onların nə danışdığını yaxşı bilirik. Ən doğru fikir irəli sürənləri, "Siz sadəcə bir gün qaldınız," deyirdi.