Məaric - 70:12 Həyat yoldaşını, qardaşını,
10, 11 ... 15 ayələri əsasında; Suçlular əzabdan qurtulmaq üçün hər şey fidyə vermək istəyər, amma qəbul edilməz:
Bəqərə/2:123 Kimsənin kimsə üçün bir şey ödəyə bilmədiyi, heç kimsədən fidyə alınmadığı və heç kimsəyə şəfaətin (vasitəçiliyin) fayda vermədiyi və yardımın kəsildiyi bir gündən çəkinin.

Nəhl/16:111 O gün hər kəs gələr özünü qurtarmağa çalışar və hər kəsə etdiyinin qarşılığı tam ödənər və onlara əsla zülm edilməz.

Məaric/70:11 Bir-birlərinə göstərilərlər. Günahkar, o günün əzabından qurtulmaq üçün fidyə vermək istəyər: Oğullarını,
Məaric/70:14 Və yer üzündə olan hər kəsi ki, qurtulsun.

Ali İmran/3:91 İnkar edib inkarçı olaraq ölənlər, dünya dolusu qızılı fidyə olaraq versələr belə, onlardan qəbul edilməyəcəkdir. Onlar ağrılı-acılı bir əzaba layiqdirlər və heç bir yardımçıları da olmayacaq.

Maidə/5:36 İnkar edənlər, yer üzündəkilərin hamısına və bir o qədərinə də sahib olsaydılar və onları dirilmə gününün əzabından qurtulmaq üçün fidyə versəydilər onlardan qəbul edilməzdi. Onlara ağrılı-acılı bir əzab var.

Ənam/6:70 Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.

Yunus/10:54 Zülm etmiş bir can yer üzündəki hər şeyə sahib olsa, onu fidyə olaraq vermək istəyəcəkdir. Əzabı gördükləri vaxt dərin peşmançılıq hiss edəcəklər. Ədalətlə mühakimə olunacaqlar və onlara zülm edilməyəcəkdir.

Rad/13:18 Rəblərinin dəvətini qəbul edənlər gözələ layiq olarlar. Onun dəvətini qəbul etməyənlər isə, yer üzündə olanların hamısına və bir o qədərinə də sahib olsalar belə qurtulmaq üçün hamısını fidyə olaraq verməyə hazır olacaqlar. Sorğu-sual olunmanın ən pisi onlar üçündür və yerləri cəhənnəmdir; necə də fəlakətli qalınacaq yerdir o!

Zumər/39:47 Zalımlar, yerdəkilərin hamısına və üstəlik bir o qədərinə də sahib olsaydı, Dirilmə Gününün o müdhiş əzabından qurtulmaq üçün onu fidyə olaraq verəcəkdilər. Onlara, Allah tərəfindən heç gözləmədikləri bir şey göstəriləcəkdir.

Hədid/57:15 Bu gün nə sizdən, nə də inkar edənlərdən bir fidyə qəbul edilməz. Yeriniz cəhənnəmdir; mövlanız/sahibiniz odur. Nə pis bir məskəndir.