Məaric - 70:17 Çağırır, arxasını dönüb gedəni,
"Çağırar, arxasını çevirib gedəni" Məqsəd dünyada mesaja qarşı arxa çevirənlərdir.
Naziat/79:16 Rəbbi, mübarək Tuva vadisində ona səslənmişdi:
Naziat/79:19 "Səni Rəbbinə tərəf yetişdirim ki, hörmətli olasan."
Naziat/79:25 Axırda, Allah onu axirət və dünya cəzasına çarpdı.

Hud/11:90 "Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Şübhəsiz, Rəbbim Rəhmlidir, Sevəndir."
Hud/11:91 Dedilər, "Şueyb, sənin söylədiklərinin bir çoxunu anlamırıq. Üstəlik biz, səni aramızda gücsüz görürük. Qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sənin bizə qarşı hər hansısa bir üstünlüyün yoxdur."
Hud/11:92 Dedi ki: "Ey xalqım, qəbiləm sizə görə Allahdan dahamı üstündür ki, Ona arxa çevirdiniz? Rəbbim, sizin bütün etdiklərinizi Əhatə Edəndir."

Muddəssir/74:16 Əsla, çünki o, ayələrimizə qarşı bir inadkar oldu.
Muddəssir/74:24 "Bu, təsirli sehrdən başqa bir şey deyildir!" dedi.


Bəqərə/2:101 Yanlarındakını təsdiqləyən bir elçi Allah tərəfindən görəvli olaraq onlara gəlincə, kitab verilənlərin bəzisi, Allahın kitabına arxa çevirdilər. Bilmirlərmiş kimi...


Muminun/23:66 Sizə ayələrim oxunurdu, (siz isə) arxa çevirirdiniz.
Muminun/23:65 Fəryad etməyin; bu gün tərəfimizdən heç bir yardım görməyəcəksiniz.
Muminun/23:64 Varlılarını (zənginlərini) cəzaya məruz qoyduğumuzda, fəryad etməyə başlayarlar.