Məaric - 70:22
Ancaq Namaz qılanlar xaric:
Namazlarına hörmətlə yanaşırlar:
Ənam/6:92
Bu, özündən öncəkiləri təsdiqləyən mübarək bir kitab olaraq, ölkələrin anasını və ətrafındakıları xəbərdar etməyin üçün nazil edilmişdir. Axirətə iman edənlər ona inanırlar və onlar namazlarına da davam edərlər.
Ta ha/20:132
Ailənə namazı əmr et və bu mövzunun üstündə önəmlə dur. Biz səndən heç bir ruzi gözləmirik. Əksinə Biz səni bəsləyirik. Aqibət, müttəqilərindir.
Həcc/22:41
Onlar (o kəslər) ki, onları yer üzünə yönəticilər etdiyimiz zaman, namazı qoruyar, zəkatı verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Son qərar Allaha aiddir.
Muminun/23:2
Həqiqətən onlar namazlarında ehtiramlıdırlar.
Cumuə/62:9
Ey iman edənlər, cümə (toplantı) günü namaza çağırıldığınızda Allahı xatırlamaq üçün tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün daha yaxşıdır.
Cumuə/62:10
Namaz bitincə, yer üzünə yayılaraq Allahın lütfünü axtarın və Allahı sürəkli xatırlamağa davam edin.
Cumuə/62:11
Bəziləri, bir ticarət və ya bir əyləncə gördükləri zaman, səni ayaq üstə qoyub oraya üz tutdular. De ki, "Allahın yanında olanlar əyləncədən və ticarətdən daha yaxşıdır. Allah ən yaxşı ruzi verəndir."
Məaric/70:22
Ancaq Namaz qılanlar xaric:
Məaric/70:23
Onlar ki, namazlarını diqqətdən yayındırmazlar;
Məaric/70:34
Namazlarının yaxşı olması üçün böyük səy göstərirlər.
Məryəm/19:55
Ailəsinə namazı qorumağı və zəkatı verməyi əmr edərdi. Rəbbi tərəfindən bəyənilmişdi.
Nur/24:37
Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.
Bəqərə/2:238
Namazlara, xüsusilə orta namaza diqqət edin. Özünüzü tamamilə Allaha verərək namaza durun.