Məaric - 70:41 Onları, özlərindən daha yaxşıları ilə dəyişdirməyə... Bizi kimsə məğlub edə bilməz.
Özlərindən daha yaxşılarla necə dəyişdirər?
Ənam/6:133 Rəbbin Zəngindir, Rəhmət Sahibidir. İstəsə, sizi götürər və sizi başqalarının soyundan necə gətirmişsə sizdən sonra da yerinizə istədiklərini yerləşdirər.

Muhəmməd/47:38 Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.