Cinn - 72:27 Ancaq seçdiyi bir elçi xaric; Həqiqətən O, o elçidən öncəyə və sonraya aid bir müşahidə (incələmə, araşdırma) təqdim edər.
Ancaq seçdiyi bir elçi xaric:
Ali İmran/3:81 Allah peyğəmbərlərdən (nəbilərdən) bu cür söz almışdı: “Sizə Kitab və hikmət verəcəyəm, daha sonra yanınızdakıları təsdiqləyən bir elçi (rəsul) gəldiyi vaxt ona iman edəcək və onu dəstəkləyəcəksiniz. Bunu qəbul etdinizmi və bu sözləşməni yerinə yetirəcəyinizə dair söz verdinizmi?" - demişdi. Onlar "Qəbul etdik," - deyincə, "Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam," - demişdi.
Ali İmran/3:179 Allah iman edənləri bu içində olduğunuz vəziyyətdə buraxmayacaq. Yaxşını pisdən ayıracaqdır. Allah sizə gələcəyi bildirəcək də deyil. Fəqət Allah elçilərindən istədiyini seçər. Allaha və elçilərinə iman edin. İman edib müttəqi davranarsanız sizə böyük bir mükafat var.