Cinn - 72:3
"Rəbbimiz çox ucadır. O, nə bir həyat yoldaşı, nə də bir övlad seçməmişdir."
Cinlərin Quranı dinləməsi ilə əlaqəli:
Əhqaf/46:29
Cinlərdən bir qrupu, Quranı dinləmək üzrə sənə yönəltmişdik. Onun yanına gəldiklərində, "Susun," dedilər. (Oxuma) tamamlanınca topluluqlarına bir xəbərdar edici olaraq döndülər.
Əhqaf/46:30
Dedilər: "Ey xalqımız, Biz, Musadan sonra, özündən öncəkiləri təsdiqləyici olaraq nazil edilən bir kitabı dinlədik. O gerçəyə və ən doğru yola yönəltməkdədir."
Əhqaf/46:31
"Ey xalqımız, Allaha (tərəf) çağırana cavab verin. Ona iman edin ki, günahlarınızı bağışlasın. Və sizi ağrılı-acılı əzabdan qorusun."
Əhqaf/46:32
Allaha (tərəf) çağırana cavab verməyənlər yer üzündə (Allahdan) qaça bilməz. Onların Ona qarşı dostları da olmaz. Onlar açıq-aşkar bir azğınlıq içindədirlər.