Cinn - 72:4
"Allah haqqında əsassız şeylər söyləyən bizim o beyinsizdir."
İnsanlar və cinlər Allaha qarşı yalan uydurdular:
Furqan/25:31
Biz ayrıca hər peyğəmbərə günahkarlardan bir düşmən yaratdıq. Yol göstərən və yardımçı olaraq Rəbbin yetər.
Ənam/6:112
Beləcə, hər peyğəmbərə insanlardan və cinlərdən olan şeytanları düşmən etdik. Aldatmaq üçün bir-birlərinə yaldızlı sözləri vəhy edərlər. Rəbbin istəsəydi, bunu edə bilməzdilər. Onlara və etdikləri iftiralara əhəmiyyət vermə.
Ənam/6:113
Axirətə iman etməyənlərin qəlbi ona aldansın, ondan xoşlansın və gerçəkdən etmək istədiklərini edə bilsinlər deyə...
Ənam/6:114
Allahdan başqa qanun qoyanmı axtarım? O ki sizə kitabı detallı olaraq nazil etmişdir. Özlərinə kitab verdiklərimiz onun Rəbbin tərəfindən nazil edildiyini bilirlər. O halda şübhəyə düşənlərdən olma.