Muzzəmmil - 73:15 Biz, sizə haqqınızda şahidlik edəcək bir elçi göndərdik; necə ki, Firona da bir elçi göndərmişdik.
Örnək: Muhəmməd Peyğəmbərin dirilmə günü xalqına (ümmətinə) şahidliyi.
Nisa/4:41 Hər millətin üzərinə bir şahid gətirdiyimizdə, səni də bunların üzərinə şahid olaraq gətirsək halları necə olar?

Furqan/25:27 O gün zalım kimsə (üzüntüdən) əlini dişləyib belə deyər: "Kaş ki, elçi ilə birlikdə eyni yolu tutsaydım."
Furqan/25:28 "Vay mənim halıma, kaş ki, filankəsi yoldaş qəbul etməsəydim."
Furqan/25:29 "Məni, mənə yetişən mesajdan azdırdı. Gerçəkdən, şeytan insanı yarı yolda buraxar."
Furqan/25:30 Elçi də dedi ki; "Rəbbim, xalqım Quranı tərk etdi."