Muzzəmmil - 73:20 Rəbbin, sənin və yoldaşlarından bir qrupun, gecənin üçdə ikisindən az, yarısında və üçdə birində qalxdığını bilir. Gecənin və gündüzün miqdarını Allah təyin edər. O, sizin bunu edə bilməyəcəyinizi bildiyi üçün sizi əfv etmişdir. Elə isə Qurandan sizə asan gəldiyi qədər oxuyun. Aranızda xəstələr, yer üzündə Allahın lütfündən ruzi axtaranlar və Allah yolunda savaşanlar olduğunu bilməkdədir. Ondan sizə asan gəldiyi qədər oxuyun. Namazı qoruyun, zəkatı verin və gözəl davranmaq yolu ilə Allaha bir borc verin. Özünüz üçün etdiyiniz hər yaxşılığı, Allah qatında daha yaxşı və daha böyük bir mükafat olaraq görəcəksiniz. Allahdan bağışlanma diləyin; Allah Bağışlayandır, Rəhmlidir.
Quranı necə oxumalıyıq?

Nəhl/16:98 Quran oxuduğunda, qovulmuş şeytandan Allaha sığın!

İsra/17:78 Günəşin əyilməsindən gecənin qaralmasına qədər namazı qoru. Səhər Quranını da qoru. Səhər vaxtı Quran (oxuması) şahid olunur.

Ta ha/20:114 Gerçək Hökmdar olan Allah ucadır! Sənə vəhyi tamamlanmadan öncə Quranı (anlamaq üçün) tələsmə və: "Rəbbim biliyimi artır," de.

Muminun/23:68 Onlar bu sözü incələmədilərmi (araşdırmadılarmı), yoxsa keçmiş atalarına gəlməyən bir şeymi onlara gəldi?

Nəml/27:91 Mənə sadəcə bu şəhərin Rəbbinə qulluq etmək əmr edilmişdir. O buranı mübarək etmişdir və hər şey Onundur. Mənə müsəlmanlardan olmaq əmr edildi.
Nəml/27:92 Və Quranı oxumaqla da... Kim doğrunu taparsa, öz xeyri üçün doğrunu tapmışdır. Kim azarsa, mən xəbərdar edənlərdən biriyəm.

Ənkəbut/29:45 Sənə vəhy etdiyimiz kitabdan oxu və namazı qoru. Çünki namaz, iyrənc və pis şeylərdən kənarlaşdırır. Allahı (namaz yolu ilə) xatırlamaq ən önəmlidir. Allah nə etdiyinizi bilir.

Sad/38:29 Sənə nazil etdiyimiz bu kitab mübarəkdir; ayələrini tədqiq edib araşdırsınlar və ağıl sahibləri öyüd alsınlar.

Muhəmməd/47:24 Nə üçün Quranı araşdırıb incələmirlər? Yoxsa beyinləri qıfıllıdır?

Muzzəmmil/73:4 Yaxud yarısından bir az sonra... Quranı da diqqətlə düşünə-düşünə oxu.
Muzzəmmil/73:6 Şübhəsiz gecə təfəkkür etmək daha çox təsirli və ifadə baxımından daha uyğundur.

Qiyamə/75:16 Onu tələsərək əyri-əskik (kəsirli oxuyaraq) dilini oynatma.

Əla/87:7 Allahın istədiyi xaric; O, aşkarı da bilir, gizlini də.

Ali İmran/3:113 Ancaq hamısı eyni deyil. Kitab əhlindən ən doğru bir qrup var ki, gecələri Allahın ayələrini oxuyub səcdə edərlər.