Muddəssir - 74:30 Üzərində on doqquz vardır.
Üzərində on doqquz vardır. / Rəqəmlənmiş kitab:


Nəml/27:82 Zamanı gəlincə, onlara torpaqdan məmul bir məxluq çıxardacağıq; onlara, insanların ayə və möcüzələrimizə iman etmədiyini bildirəcək.
Nəml/27:84 Gəldikləri zaman, "Ayə və möcüzələrimi bilginizlə qavramadığınız halda yalanladınız, eləmi? Yoxsa etdiyiniz nə idi?" deyər.

Qamər/54:1 Saat (dünyanın sonu) yaxınlaşdı və ay yarıldı.
Qamər/54:2 Bir möcüzə görsələr üz çevirərlər və, "Davam eden bir sehrdir" deyərlər.
Qamər/54:3 Yalanladılar, arzularına və tamamilə status-kvo'ya tabe oldular.
Qamər/54:4 Halbuki, pisliklərini əngəlləyə biləcək xəbərdarlıqlarla dolu xəbərlər onlara gəlmişdir.

Ta ha/20:133 "Bizə heç olmazsa bir ayə (möcüzə) gətirməliydi!" dedilər. Daha öncəki kitablarda olan bəyyinə (dəlil) onlara gəlmədimi?"

Əhqaf/46:10 De ki , "Düşündünüzmü, əgər o, Allah qatındandırsa və siz də ona qarşı çıxmışsınızsa və İsrail oğullarından bir şahid də bunun bənzərini görüb iman etdiyi halda, siz təkəbbür göstərib üz çevirmişsinizsə?! Şübhəsiz Allah zalım topluluğu doğru yola yönəltməz."

Ənkəbut/29:50 "Ona Rəbbindən bir möcüzə enməli deyildimi?" dedilər. De ki, "Möcüzələr Allahın qatındadır. Mən sadəcə açıq-aşkar bir xəbərdarlıq edənəm."
Ənkəbut/29:51 Bu kitabı sənə nazil etməyimiz və onlara oxunması onlara yetərli deyilmi? Bunda iman edən bir camaat üçün bir rəhmət və öyüd vardır.

Fussilət/41:53 Onun gerçək olduğu onlara açıq-aşkar olana qədər, onlara üfüqlərdə və öz içlərində ayələrimizi (işarət və dəlillərimizi) göstərəcəyik. Rəbbinin hər şeyə şahid olması yetərli deyilmi?

Ənbiya/21:10 Sizə, sizin üçün olan mesajı ehtiva edən bir kitabı nazil etmişik. Ağlınızı istifadə etmirsiniz?


Muddəssir/74:37 İrəliləmək yaxud, geridə qalmaq istəyənləriniz üçün.