Muddəssir - 74:31 Biz atəşə gözətçi olaraq sadəcə mələkləri təyin etdik. Onların sayını (on doqquzu) da, inkar edənlər üçün bir fitnə (imtahan/hüzursuzluq qaynağı) etdik, kitab verilmiş olanları razı etsin, iman edənlərin inancını gücləndirsin, kitab verilmiş olanlarla iman edənlərin şübhələrini ortadan qaldırsın və qəlblərində xəstəlik olanlarla inkar edənlər də, "Allah bu örnəklə nə demək istəyir?" desinlər. Beləcə Allah istədiyini/istəyəni azdırır və istədiyini/istəyəni də doğruya yönəldir. Rəbbinin ordularını Özündən başqası bilməz. Bu (say) insanlara bir mesajdır.
Doğru yol nə deməkdir?
Fussilət/41:30 "Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."

Məryəm/19:36 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."

Ya sin/36:60 Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.

Ali İmran/3:51 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."

Zuxruf/43:61 O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
Zuxruf/43:64 "Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."