Muddəssir - 74:31
Biz atəşə gözətçi olaraq sadəcə mələkləri təyin etdik. Onların sayını (on doqquzu) da, inkar edənlər üçün bir fitnə (imtahan/hüzursuzluq qaynağı) etdik, kitab verilmiş olanları razı etsin, iman edənlərin inancını gücləndirsin, kitab verilmiş olanlarla iman edənlərin şübhələrini ortadan qaldırsın və qəlblərində xəstəlik olanlarla inkar edənlər də, "Allah bu örnəklə nə demək istəyir?" desinlər. Beləcə Allah istədiyini/istəyəni azdırır və istədiyini/istəyəni də doğruya yönəldir. Rəbbinin ordularını Özündən başqası bilməz. Bu (say) insanlara bir mesajdır.
Üzərində on doqquz vardır. / Rəqəmlənmiş kitab:
Nəbə/78:27
Onlar bir hesab gözləmirdilər.
Nəbə/78:28
Və ayələrimizi yalanladılar.
Nəbə/78:29
Halbuki biz hər şeyi sayıb yazmışdıq.
Mutaffifin/83:9
Rəqəmlənmiş bir kitabdır.
Mutaffifin/83:8
Siccin nədir bilirsənmi?
Mutaffifin/83:19
İlliyyun nədir bilirsənmi?
Mutaffifin/83:20
Rəqəmlənmiş bir kitabdır.
Nəml/27:82
Zamanı gəlincə, onlara torpaqdan məmul bir məxluq çıxardacağıq; onlara, insanların ayə və möcüzələrimizə iman etmədiyini bildirəcək.
Nəml/27:84
Gəldikləri zaman, "Ayə və möcüzələrimi bilginizlə qavramadığınız halda yalanladınız, eləmi? Yoxsa etdiyiniz nə idi?" deyər.
Qamər/54:1
Saat (dünyanın sonu) yaxınlaşdı və ay yarıldı.
Qamər/54:2
Bir möcüzə görsələr üz çevirərlər və, "Davam eden bir sehrdir" deyərlər.
Qamər/54:3
Yalanladılar, arzularına və tamamilə status-kvo'ya tabe oldular.
Qamər/54:4
Halbuki, pisliklərini əngəlləyə biləcək xəbərdarlıqlarla dolu xəbərlər onlara gəlmişdir.
Ta ha/20:133
"Bizə heç olmazsa bir ayə (möcüzə) gətirməliydi!" dedilər. Daha öncəki kitablarda olan bəyyinə (dəlil) onlara gəlmədimi?"
Əhqaf/46:10
De ki , "Düşündünüzmü, əgər o, Allah qatındandırsa və siz də ona qarşı çıxmışsınızsa və İsrail oğullarından bir şahid də bunun bənzərini görüb iman etdiyi halda, siz təkəbbür göstərib üz çevirmişsinizsə?! Şübhəsiz Allah zalım topluluğu doğru yola yönəltməz."
Ənkəbut/29:50
"Ona Rəbbindən bir möcüzə enməli deyildimi?" dedilər. De ki, "Möcüzələr Allahın qatındadır. Mən sadəcə açıq-aşkar bir xəbərdarlıq edənəm."
Ənkəbut/29:51
Bu kitabı sənə nazil etməyimiz və onlara oxunması onlara yetərli deyilmi? Bunda iman edən bir camaat üçün bir rəhmət və öyüd vardır.
Fussilət/41:53
Onun gerçək olduğu onlara açıq-aşkar olana qədər, onlara üfüqlərdə və öz içlərində ayələrimizi (işarət və dəlillərimizi) göstərəcəyik. Rəbbinin hər şeyə şahid olması yetərli deyilmi?
Ənbiya/21:10
Sizə, sizin üçün olan mesajı ehtiva edən bir kitabı nazil etmişik. Ağlınızı istifadə etmirsiniz?
Sad/38:1
Sad; mesajı ehtiva edən bu Qurana and olsun.
Muddəssir/74:30
Üzərində on doqquz vardır.
Muddəssir/74:35
Bu böyüklərdən biridir.
Muddəssir/74:36
İnsanlara bir xəbərdarlıqdır.
Muddəssir/74:37
İrəliləmək yaxud, geridə qalmaq istəyənləriniz üçün.