Muddəssir - 74:5
Pislikdən uzaqlaş.
Pisliyi şeytan əmr edər:
Əraf/7:27
Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.
Muminun/23:97
Və de ki, "Rəbbim, Şeytanların pıçıltılarından (vəsvəsələrindən) Sənə sığınıram."
Muminun/23:98
"Yanımda olmalarından Sənə sığınıram, Rəbbim."
Fələq/113:1
De ki, "Şəfəqin Rəbbinə sığınıram."
Fələq/113:2
"Yaratdığı şeylərin şərrindən."
Fələq/113:3
"Çökdüyü zaman qaranlığın şərrindən."
Fələq/113:4
"Aravuranların, sözləşmələri (müqavilələri) pozanların şərrindən."
Fələq/113:5
"Qısqandığı vaxt qısqananın şərrindən."
Nas/114:1
De ki, "Sığınıram insanların Rəbbinə,"
Nas/114:2
"İnsanların Yönəticisinə,"
Nas/114:3
"İnsanların Tanrısına,"
Nas/114:4
"Şərrindən heç kəsin xəbəri olmadan (hiyləgərcəsinə) pıçıldayanların."
Nas/114:5
"Onlar insanların köksünə pıçıldayarlar."
Nas/114:6
"Onlar həm cinlərdən, həm də insanlardandır."
Mucadilə/58:10
(Pis niyyətlə qurulan) gizli qərar toplantıları şeytandandır. Bu yolla iman edənləri incitmək istəyər. Halbuki Allahın izni olmadan onlara heç bir zərər verə bilməz. İman edənlər Allaha güvənsinlər.
Nur/24:21
Ey iman edənlər! Şeytanın addımlarını izləməyin. Kim Şeytanın addımlarını izləyərsə, ona həyasızlığı və pisliyi əmr edər. Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç biriniz əbədi olaraq təmizlənə bilməzdi. Ancaq Allah istədiyini təmizləyər. Allah Eşidəndir, Biləndir.
Bəqərə/2:208
Ey iman edənlər! Tamamilə təslim olun. Şeytanın addımlarını izləməyin; çünki o sizin açıq-aşkar düşməninizdir.
Maidə/5:90
Ey iman edənlər! Sərxoş edici maddələr, qumar, müqəddəs daş və ziyarətgahlar, şans oyunları şeytan əməli olan bir pislikdir. Bunlardan çəkinin ki, qurtulasınız.
Maidə/5:91
Şeytan, sərxoşedicilərlə, qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı xatırlamaqdan və namazdan ayırmaq istəyir. Artıq (bunlardan) əl çəkirsinizmi?
Nəml/27:24
"Onu və xalqını Allahdan başqa günəşə səcdə edərkən gördüm. Şeytan onların işlərini özlərinə süsləmiş və onları yoldan çıxarmış və buna görə doğrunu görə bilmirlər."
Bəqərə/2:268
Şeytan sizə fəqirliyi söz verir və pisliyi əmr edir. Allah isə Öz tərəfindən sizin üçün bağışlanma və lütf söz verir. Allah Comərddir, Biləndir.
Əraf/7:200
Şeytandan nə zaman pis bir düşüncə zehnini narahat edərsə, Allaha sığın; O, Eşidəndir, Biləndir!
Əraf/7:201
Müttəqilərə hər nə zaman şeytandan qaranlıq bir təklif yetişsə, dərhal xatırlayarlar. Beləcə dərhal görərlər.
Əraf/7:202
(Şeytanlar) qardaşlarını isə azğınlığa sürükləyərlər və bundan heç geri çəkilməzlər.
Fussilət/41:36
Şeytandan nə zaman pis bir düşüncə zehnini narahat edərsə, Allaha sığın; O, Eşidəndir, Biləndir!
Fələq/113:5
"Qısqandığı vaxt qısqananın şərrindən."