Qiyamə - 75:31 O nə təsdiq etdi, nə də dəstəklədi;
Mesajı çatdıran elçiləri, dolayısı ilə Allahı dəstəkləmək:
Tovbə/9:99 Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.

Əhzab/33:56 Allah və mələkləri peyğəmbəri dəstəkləməkdədir. Ey iman edənlər siz də onu dəstəkləyin, lazım olan hörməti və itaəti göstərin.

Muhəmməd/47:7 Ey iman edənlər, Allahı dəstəkləsəniz, O da sizi dəstəkləyər və ayaqlarınızı sağlam saxlayar.

Hədid/57:25 Elçilərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitabı və qanunu nazil etdik ki, insanlar ədaləti qorusun. Böyük bir qüvvətə və insanlar üçün faydalara sahib olan dəmiri də nazil etdik ki, Allah Özünü və elçisini inancla dəstəkləyənləri ayırsın. Allah Güclüdür, Üstündür.

Həşr/59:8 Allahın lütf və rizasını axtardıqları, Allahı və elçisini dəstəklədikləri üçün yurdlarından və mallarından məhrum edilən mühacirlərin fəqirlərinə (öncə onlara verməlisiniz). Doğru olanlar bunlardır.

Saff/61:14 Ey iman edənlər, Allahı dəstəkləyənlər olun. Necə ki, Məryəm oğlu İsa, tələbələrinə, "Allah yolunda kim mənim dəstəkçilərim olar?" deyə soruşmuşdu. Tələbələri, "Biz Allahın dəstəkçiləriyik," demişdilər. İsrail oğullarından bir qrup iman etdi, bir qrup da inkar etdi. İman edənləri düşmənlərinə qarşı dəstəklədik; onlar üstün gəldilər.

Ali İmran/3:52 İsa onlardan inkarçı bir rəftarı hiss edincə, "Allah yolunda kim mənə yardımçı olacaq?" - dedi. Tələbələri, “Biz Allahın yardımçılarıyıq; Allaha iman etdik. Müsəlman olmağımıza şahid ol", deyə qarşılıq verdilər.