İnsan - 76:24
Elə isə Rəbbinin hökmünü izləməkdə səbr et; onlardan heç bir nankor günahkara tabe olma.
Allah, dirilmə günü hər kəsi toplayar və insanların ayrılığa (ixtilafa) düşdüyü mövzular haqqında hökm verər:
Bəqərə/2:113
Yəhudilər: “Xristianların bir təməli yoxdur," deyərkən, Xristianlar da: "Yəhudilərin bir təməli yoxdur," dedilər. Halbuki hamısı da kitabı oxuyurlar. Cahillər də eyni onlar kimi danışır. Dirilmə günü Allah ayrılığa düşdükləri mövzularda aralarında hökm verəcəkdir.
Yunus/10:93
İsrail oğullarına şərəfli bir yer bağışladıq və onlara gözəl ruzilər verdik. Fəqət, onlara elm gəldikdən sonra ayrılığa düşdülər. Rəbbin, dirilmə günü, ayrılığa düşdükləri mövzuda aralarında hökm verəcəkdir.
Zumər/39:3
Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.
Səba/34:25
De ki, "Bizim günahlarımızdan siz məsul deyilsiniz, biz də sizin etdiklərinizdən məsul deyilik."
Səba/34:26
De ki, "Rəbbimiz hamımızı toplayar və sonra aramızda gerçəyə görə hökm verər. O Hakimdir, Biləndir."
Casiyə/45:28
Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."
Casiyə/45:29
"Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."
Zumər/39:69
Yer, Rəbbinin nuru ilə parlayar. Kitab qoyular. Peyğəmbərlər və şahidlər gətirilər. Aralarında gerçəyə görə hökm verilər və onlara zülm edilməz.
Casiyə/45:28
Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."