Mursəlat - 77:1
And olsun bir-birinin ardınca göndərilənlərə,
"Arxa-arxaya göndərilənlər": Məqsəd nədir?
Bəqərə/2:87
Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.
Hədid/57:26
Biz Nuhu, İbrahimi göndərdik, soylarına peyğəmbərlik və kitab bağışladıq. Bir qismi doğrunu tapdı; amma onlardan çoxu yoldan çıxmışlardı.
Hədid/57:27
Sonra onların ardınca dalbadal elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Onun ardınca gedənlərin könüllərinə şəfqət və mərhəmət qoyduq. Fəqət, Bizim onlar üçün təsdiqləmədiyimiz (buyurmadığımız) bir ruhbanlıq (rahiblik) uydurdular. Halbuki onlardan sadəcə Allahı razı edəcək xüsuslara uymalarını istəmişdik. Üstəlik ruhbanlığa (rahibliyə) də lazımınca riayət etmədilər. Aralarından iman edənlərə mükafatlarını verdik; ancaq çoxları yoldan çıxmışlardı.