Mursəlat - 77:29 Haydı, yalan hesab etdiyiniz şeyə doğru gedin.
"Haydı yalanlamaqda olduğunuz şeyə doğru gedin": Əlaqəli
Mursəlat/77:29 Haydı, yalan hesab etdiyiniz şeyə doğru gedin.
Mursəlat/77:30 Gedin, (cəhənnəm alovunun) üç qollu kölgəsinə doğru...

Saffat/37:16 "Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"
Saffat/37:19 O, bir tək toxunmadır. O zaman (qalxıb) sağa-sola baxarlar.
Saffat/37:20 "Vay halımıza! Bu Haqq-hesab günüdür," deyərlər.
Saffat/37:21 Bu, sizin yalanlamış olduğunuz qərar günüdür.
Saffat/37:22 Zalımları toplayın. Həmtaylarını və,
Saffat/37:23 Allahdan başqa qulluq/xidmət etdiklərini... Onlara cəhənnəmin yolunu göstərin.

Tur/52:13 Cəhənnəm atəşinə itələndikləri gün:
Tur/52:14 Məhz, yalanladığınız Atəş budur.
Tur/52:15 Bu bir sehrdir, yoxsa siz görmürsünüz?
Tur/52:16 Orada yanın. İstər səbr edin, istər səbr etməyin sizin üçün dəyişməyəcəkdir. Etdiyinizin qarşılığını görməkdəsiniz.

Rahmən/55:41 Günahkarlar üzlərindən tanınar və zorla götürülərlər.
Rahmən/55:42 Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:43 Bax bu, günahkarların yalanlayıb durduğu cəhənnəmdir.

Vaqiə/56:92 Amma o yalanlayan azğınlardandırsa-


Mutaffifin/83:12 Onu ancaq azğın günahkarlar yalanlayar.
Mutaffifin/83:13 Ona ayələrimiz yetişdiyində, "Əfsanədir" deyərdi.