Mursəlat - 77:41 Müttəqilər kölgəliklərdə və bulaqlar arasında...
Cənnətin kölgəsi:
Nisa/4:57 İman edib müttəqi davrananları isə içindən çaylar axan cənnətlərə (bağçalara) yerləşdirəcəyik; orada daimi qalarlar. Onlar üçün orada çox təmiz zövcələr var. Onları sərin kölgəliklərə daxil edəcəyik.

Rad/13:35 Müttəqilərə söz verilən Cənnətin örnəyi budur: Altından çaylar axar, meyvəsi də daimidir, kölgəsi də. Bu müttəqilərin sonudur. Kafirlərin sonu isə atəşdir.

Ya sin/36:56 Zövcələri ilə birlikdə kölgəliklərdə, taxtlara yaslanmışlar.

Vaqiə/56:27 Sağ tərəfdə olanlar, sağ tərəfdə olacaqlar!

İnsan/76:14 Ağacların kölgəsi üzərlərinə düşmüş və meyvələr yaxınlaşdırılaraq qopardılmaları asanlaşdırılmışdır.

Mursəlat/77:41 Müttəqilər kölgəliklərdə və bulaqlar arasında...

Ya sin/36:55 Cənnət əhli o gün zövq və əyləncə ilə məşğuldurlar.